Yuxarı

Rusiyanın xalq artisti xəstəxanadan evə buraxılıb

Aleksandr Domoqarov ürək-damar sistemindən yaranan problemdən əziyyət çəkir

Bakı. 17 may. REPORT.AZ/ Rusiyanın xalq artisti, tanınmış teatr və kino aktyoru Aleksandr Domoqarov ürək-damar sistemində yaranan problemdən əziyyət çəkir.

"Report" xəbər verir ki, iki gün əvvəl vəziyyəti pisləşən aktyor xəstəxanaya yerləşdirilib. Xəstəxanada aktyora ilkin olaraq ürəyin işemik insultu diaqnozu qoyulub.

Qan damarlarında yaranan problemlərə görə halı pisləşən 52 yaşlı aktyor iki gün xəstəxanada qaldıqdan sonra bu gün evə buraxılıb.

Hazırda tanınmış aktyor özünü yaxşı hiss edir. Aleksandr Domoqarovun çalışdığı Mossovet Teatrından aktyorun repertuarda olan heç bir tamaşasının təxirə salınmadığı bildirilib.

Qeyd edək ki, Aleksandr Domoqarov geniş tamaşaçı kütləsinə "Qrafinya de Monsoro", "Bandit Peterburq", "Turetskinin marşı" filmlərində yaratdığı obrazlarla yaxşı tanışdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi