Rusiyanın "Todes" rəqs kollektivi "Diqqət" adlı şou balet konsertini təqdim edib

Rusiyanın "Todes" rəqs kollektivi "Diqqət" adlı şou balet konsertini təqdim edib Konsert Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutub
İncəsənət
23 İyun , 2015 12:33
Rusiyanın Todes rəqs kollektivi Diqqət adlı şou balet konsertini təqdim edib

Bakı. 23 iyun. REPORT.AZ/ İyunun 22-də Heydər Əliyev Sarayında Rusiyanın tanınmış "Todes" rəqs kollektivi "Attention" ("Diqqət") adlı şou balet konsertini təqdim edib. 

"Report"un məlumatına görə, konsert Mədəniyyət və Turizm Nazirliyinin I Avropa Oyunları ilə bağlı yerli sakinlər və Azərbaycana gələn turistlər üçün təşkil etdiyi maraqlı əyləncə proqramları çərçivəsində baş tutub. 

Maraqlı səs və rəng effektləri ilə müşayiət edilən, fərdi və kollektiv halda nümayiş olunan rəqsləri tamaşaçılar böyük maraqla izləyiblər. 

Qeyd edək ki, 1986-cı ildə xoreoqraf Alla Duxovanın bədii rəhbərliyi ilə yaradılan kollektiv hazırda balet, brek-dans, hip-hop və caz kimi müxtəlif xoreoqrafiya üslublarının sintezindən ibarət 60-dan çox rəqqasın yer aldığı bir qrupdur. "Todes" təkcə MDB-də deyil, həmçinin Avropa və dünyanın müxtəlif ölkələrində ən yaxşı rəqs kollektivlərindən biri kimi məşhurdur. Bu qeyri-adi rəqs kollektivini "Rəqs imperiyası" da adlandırırlar.

Son xəbərlər

Orphus sistemi