Rusiyanın tanınmış dirijoru intihar edib

Rusiyanın tanınmış dirijoru intihar edib Svyatoslav Lyüter dünya şöhrətli dirijor Robert Lyüterin oğludur
İncəsənət
16 May , 2016 19:41
Rusiyanın tanınmış dirijoru intihar edib

Bakı. 16 may. REPORT.AZ/ Rusiyanın dünya şöhrətli dirijoru, Avstriya və Marinski teatrlarında dirijor kimi fəaliyyət göstərmiş Robert Lyüterin oğlu, dirijor Svyatoslav Lyüter vəfat edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, dirijorun meyiti evində asılmış vəziyyətdə aşkarlanıb. İlkin versiyaya görə, dirijor intihar edib.

Dostları və yaxınları S.Lyüterin özünü asmasına inanmaq istəmirlər. Onların sözlərinə görə, 45 yaşlı dirijor son vaxtlar haqsızlıqlara məruz qalıb. Amma dostları düşünürlər ki, öhdəsində azyaşlı qızı olduğuna görə dirijor belə faciəli sonluğu yaşamaq istəməzdi.

Svyatoslav Lyüter həyat yoldaşından boşandıqdan sonra azyaşlı qızı onun himayəsində böyüyüb. Sankt-Peterburqda teatrda çalışan dirijor uzun zamandır işdən çıxarılıb. Onu müraciət etdiyi teatrların heç birində işə qəbul etməyiblər. İşsiz qalan dirijor depressiyaya düşüb.

Qeyd edək ki, məşhur musiqiçinin övladının ölümü ilə bağlı cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi