Rusiyanın tanınmış aktyoru vəfat edib

Rusiyanın tanınmış aktyoru vəfat edib Aleksey Daynekonun ölümünün səbəbi hələlik məlum deyil
İncəsənət
13 İyun , 2016 11:28
Rusiyanın tanınmış aktyoru vəfat edib

Bakı. 13 iyun. REPORT/AZ Rusiyanın tanınmış aktyoru, müğənni və teleaparıcı Aleksey Dayneko vəfat edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı sənətçinin dünyasını dəyişməsi ilə bağlı xəbəri həyat yoldaşı sosial şəbəkədə yayıb.

A.Daynekonun ölümünün səbəbi hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, iyunun 1-də A.Daynekonun ayağının sınması haqqında məlumat yayılıb. Həmin hadisədən sonra aktyorun səhhətində dəyişiklik qeydə alınmayıb.

Son illər Rusiyada çəkilən kriminal seriallarda rollar ifa edən A.Dayneko 1970-ci il iyunun 5-də  anadan olub. O, kino karyerasında 30-dan çox film və seriala çəkilib.

Son xəbərlər

Orphus sistemi