Yuxarı

​Rusiyanın tanınmış aktyoru dünyasını dəyişib

Mixail Svetin Afonya, 12 stul, Sehirbaz və s. filmlərdə rol alıb

Bakı. 30 Avqust. REPORT.AZ/ Rusiyanın tanınmış aktyoru Mixail Svetin səhər saatlarında Leninqrad xəstəxanasında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə TASS-a region administrasiyasından məlumat verilib.

"Svetin bu gün səhər saat 06:45-da vəfat edib", — deyə administrasiya nümayəndəsi bildirib

Mixail Svetin avqustun 23-də xəstəxanaya yerləşdirilib və orada əməliyyat olunub. Bəzi məlumatlara görə, 76 yaşlı aktyora hemmoragik insult diaqnozu qoyulub.

Mixail Svetin "Afonya", "Sehirbaz", "12 stul", "Kapuçinov bulvarından adam" filmlərində rol alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi