​Rusiyanın tanınmış aktyoru dünyasını dəyişib

​Rusiyanın tanınmış aktyoru dünyasını dəyişib Mixail Svetin "Afonya", "12 stul", "Sehirbaz" və s. filmlərdə rol alıb
İncəsənət
30 Avqust , 2015 12:54
​Rusiyanın tanınmış aktyoru dünyasını dəyişib

Bakı. 30 Avqust. REPORT.AZ/ Rusiyanın tanınmış aktyoru Mixail Svetin səhər saatlarında Leninqrad xəstəxanasında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə TASS-a region administrasiyasından məlumat verilib.

"Svetin bu gün səhər saat 06:45-da vəfat edib", — deyə administrasiya nümayəndəsi bildirib

Mixail Svetin avqustun 23-də xəstəxanaya yerləşdirilib və orada əməliyyat olunub. Bəzi məlumatlara görə, 76 yaşlı aktyora hemmoragik insult diaqnozu qoyulub.

Mixail Svetin "Afonya", "Sehirbaz", "12 stul", "Kapuçinov bulvarından adam" filmlərində rol alıb.

Son xəbərlər

Orphus sistemi