Yuxarı

Rusiyanın tanınmış aktyorları Bakıya gəlir

Kral Tref - məhəbbət kartı tamaşası nümayiş etdiriləcək

Bakı. 12 mart. REPORT.AZ/ Rusiyanın xalq artisti Emmanuel Vitorqan Bakıya qasrtol səfərinə gəlir. Tanınmış aktyor Səməd Vurğun adına Rus Dram Teatrında yubiley tamaşası ilə çıxış edəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Rus Dram Teatrı yayıb.

Aprelin 21-də Emmanuel Vitorqan, Lyudmila Maksakova və Belarusiyanın əməkdar artisti Anjelika Aqurbaşın iştirakı ilə "Kral Tref - məhəbbət kartı" («Король Треф - карта любви») tamaşası Bakı tamaşaçılarına nümayiş etdiriləcək.

Tamaşa musiqili-kino-tamaşa janrında hazırlanıb. Tamaşada 3 janrın sintezi - kino, teatr və estrada sənəti birləşib.

Bu tamaşada əsas rollardan birini ifa edən Belarusiyanın əməkdar artisti Anjelika Aqurbaşın ilk səhnə debütü olacaq. 

Musiqili-film tamaşanın çəkilişlərinin bir hissəsi İtaliya, Yurmala, Riqa və Moskva şəhərində aparılıb. Tamaşanın ümumi hazırlıq prosesləri 7 ay davam edib.

Film-tamaşaya dirijor Yuri Poteenko musiqi bəstələyib. Bəstəkar məhz bu işinə görə "Qızıl Qartal" mükafatına layiq görülüb.

Tamaşanın əsas musiqi nömrələrini tanınmış bəstəkar İqor Krutoy bəstələyib. Şeirlərin müəllifi Cahan Polıyeva və İqor Reznikdir.

Prodüseri İrina Vitorqan olan qastrol tamaşanın biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi