Yuxarı

Nikita Mixalkov: "Aleksandr Qriboyedov haqqında filimin çəkilişləri Türkiyədə aparılacaq"

Filmin ssenarisi tam hazırdı

Bakı. 22 iyun. REPORT.AZ/ Rusiyanın məşhur rejissoru, xalq artist, "Oskar" mükafatı laureatıi Nikita Mixalkov Polşa əsilli tanınmış Rusiya dramaturqu, yazıçı və diplomat Aleksandr Qriboyedov haqqında filim çəkəcək. 

"Report" xəbər verir ki, rejissor Moskvada keçirilən 38-ci Beynəlxalq Kinofüstivalın açılışında deyib ki, filmin ssenarisi uzun illər əvvəl yazılıb, amma bəzi problemlərə görə ekran əsərinin çəkilişlərini aparmaq mümkün olmayıb: "Yenidən bu məsələyə qayıtmışıq və filmi çəkməyə qərar vermişik. Film çoxseriyalı olacaq. Bu film Rusiya və Azərbaycanın ortaq layihəsi ola bilər".

N.Mixalkov filmin natura çəkilişlərinin harada aparılacağını da açıqlayıbi: "Bir çox məsələlərə görə, filmin natura çəkilişləri üçün seçdiyimiz yerlər bizə əlçatmaz olub. Belə ki, bu filmin ssenarisi üzərində çalışmağa başladığımız vaxtlarda Dağlıq Qarabağ münaqişəsi başladı. Bəzi natura çəkilişləri İranda aparılmalıydı. Müəyyən məsələlərə görə, orada çəkilişləri aparmaq mümkün olmayacaq. Məhz bu səbəbdən bütün natura çəkilişləri Türkiyədə aparılacaq. Amma hazırda Türkiyə ilə münasibətlərə görə, çəkilişləri orada da aparmaq hələlik mümkün deyil. Ümid edirəm ki, tezliklə hər şey yoluna düşəcək və Aleksandr Qriboyedov haqqında ekranlaşdırılacaq filmin çəkilişlərinə başlaya biləcəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi