Rusiyanın məşhur estrada aktyoru 70 yaşını qeyd edir

Rusiyanın məşhur estrada aktyoru 70 yaşını qeyd edir Gennadi Xazanovun 70 yaşı tamam olur
İncəsənət
1 Dekabr , 2015 12:36
Rusiyanın məşhur estrada aktyoru 70 yaşını qeyd edir

Bakı. 1 dekabr. REPORT.AZ/ Rusiyanın məşhur estrada aktyoru, Rusiya Federasiyasının xalq artisti, parodist Gennadi Xazanovun 70 yaşı tamam olur.

“Report” xəbər verir ki, məşhur aktyoru yubileyi münasibəti ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təbrik edib.

1997-ci ildən Moskva Estrada Teatrının bədii rəhbəri olan Gennadi Xazanovun təntənəli yubiley mərasimi doğma teatrında keçiriləcək.

Xatırladaq ki, Gennadi Xazanov 1945-ci il dekabrın 1-də Moskvada anadan olub.

Sənət fəaliyyəti çoxşaxəli olan aktyor sirkdə, Şən və Hazırcavablar Klubunda, "Yeralaj" uşaq kinojurnalında, cizgi və bədii filmlərdə bir-birindən maraqlı obrazlar yaradıb.

Gennadi Xazanov 1987-ci ildən “Mono” (Moskva) konsert-estrada kollektivinin aktyor və rejissoru, 1997-ci ildən isə Moskva Estrada Teatrının bədii rəhbəridir. Rusiya Federasiyası Dövlət mükafatı laureatıdır.

Son xəbərlər

Orphus sistemi