Rusiyanın məşhur aktyoru xəstəxanaya aparılıb

Rusiyanın məşhur aktyoru xəstəxanaya aparılıb 78 yaşlı aktyor yüksək qan təzyiqindən əziyyət çəkir
İncəsənət
4 Fevral , 2015 19:53
Rusiyanın məşhur aktyoru xəstəxanaya aparılıb

Bakı. 4 fevral. REPORT.AZ/ Rusiyanın xalq artisti, Moskva Akademik Satira Teatrının aktyoru Mixail Derjavin xəstəxanaya aparılıb. 78 yaşlı xalq artisti yüksək qan təzyiqindən əziyyət çəkir. "Report" xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.

Moskva Akademik Satira Teatrının direktoru, həmyerlimiz Məmməd Ağayev Rusiya mətbuatına verdiyi açıqlamasında 78 yaşlı xalq artistinin Botkin xəstəxanasına aparıldığını deyilib.

"Bir ay əvvəl Mixail Derjavinin bir gözündə cərrahiyyə əməliyyatı aparılıb. Dünən isə aktyorun digər gözü əməliyyat edildi. Əməliyyatdan sonra Mixail Derjavinin təzyiqi qalxdı. Derjavin uzun illərdir hipertoniyadan əziyyət çəkir. Bu səbəbdən dünənki əməliyyat ona yaxşı təsir etməyib. Aktyorun həyatını risk altına qoymamaq üçün onun Botkin xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirmişik", - Moskva Akademik Satira Teatrının direktoru vurğulayıb.

Qeyd edək ki, RSFSR xalq artisti Mixail Derjavin 1936-cı il iyunun 15-də Moskvada, tanınmış aktyorlar M.S.Derjavin və İ.İ.Derjavinanın ailəsində doğulub. 1968-ci ildən Moskva Akademik Satira Teatrında çalışır. Görkəmli aktyor, xalq artisti Aleksandr Şirvindlə yaxın dost olan Derjavin uzun illərdir aktyorla çiyin-çiyinə duetlər ifa edir. 

Son xəbərlər

Orphus sistemi