Rusiyanın məşhur aktyorları Bakıya gəlir

Rusiyanın məşhur aktyorları Bakıya gəlir Alisa Freyndlix və Oleq Basilaşvili Rus Dram Teatrının səhnəsində çıxış edəcək
İncəsənət
26 Oktyabr , 2015 10:20
Rusiyanın məşhur aktyorları Bakıya gəlir

Bakı. 26 oktyabr. REPORT.AZ/ Tovstonoqov adına Rusiya Böyük Teatrının Bakıya qastrol səfəri başlayır. Rusiyanın məşhur aktyorları dekabrın 20 və 21-də Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində çıxış edəcəklər.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rus Dram Teatrı məlumat yayıb.

Teatr Bakı tamaşaçılarına "Dayının yuxusu" ("Дядюшкин сон") tamaşasını təqdim edəcək.

Tamaşada baş rolları SSRİ xalq artistləri Alisa Freyndlix və Oleq Basilaşvili ifa edir.

Qeyd edək ki, qastrol səfəri "Böyük qastrollar 2015. Beynəlxalq proqramı" çərçivəsində keçirilir.

Qasrtol səfərinin təşkilatçısı Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyidir. 

Son xəbərlər

Orphus sistemi