Yuxarı

Rusiyanın görkəmli aktyorları acınacaqlı vəziyyətə düşüb

Məşhur aktyorlara kömək məqsədilə xeyriyyə aksiyası keçiriləcək

Bakı. 22 fevral. REPORT.AZ/ Rusiyanın xalq artistləri - görkəmli aktyorlar Aleksey Batalov, Marqarita Terexova və Nataliya Fateyevaya kömək lazımdır.

"Report" xəbər verir ki, bu barədə Rusiya mətbuatı xəbər yayıb.

Sovet kinosunun əfsanəvi üç aktyorunun maddi vəziyyəti pisləşib. Rusiyanın kino və teatr ictimaiyyəti onlara kömək etmək məqsədilə xeyriyyə aksiyası keçirmək qərarına gəlib.

Xeyriyyə aksiyası martın 4-də Moskva Aktyor Evində keçiriləcək.

Bu xəbəri ilk olaraq müğənni Nikolay Baskov instaqram səhifəsində yazıb. Rusiyanın sənət ictimaiyyəti bu xəbərdən sonra hərəkətə gəlib.

Hər üç sənətkarın sağlamlıq durumu elə vəziyyətdədir ki, onlara dərman alacaq kimsə yoxdur.

Belə ki, Marqarita Terexova 2011-ci ildən sənəti ilə məşğul ola bilmir. O, Alsegeymer xəstəliyindən, Aleksey Batalov isə ürək-damar xəstəliyi və beyin qan dövranının pozulmasından əziyyət çəkir.

Nataliya Fateyevanın isə vəziyyəti lap dözülməzdir. Belə ki, aktrisanın üzərində aparılan uğursuz cərrahiyyə əməliyyatından sonra o, gəzə bilmir. Aktrisanın ayaqları tutulub.

Martın 4-də keçiriləcək xeyriyyə aksiyasında yığılan pullar hər 3 aktyorun müalicəsinə xərclənəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi