Yuxarı

Rusiyanın əməkdar artisti Stas Mixaylov xəstəxanaya yerləşdirilib

Onun qan təzyiqinin artdığı bildirilir

Bakı. 19 aprel. REPORT.AZ/Rusiyanın əməkdar artisti, estrada müğənnisi Stas Mixaylov xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, Stavropoldakı Mədəniyyət sarayında konsert ərəfəsində sənətçinin səhhətində problem yaranıb. Onun qan təzyiqinin birdən-birə artdığı bildirilir.

Buna görə də iki dəfə təcili yardım çağırılıb. Sənətçinin səhhətində problem yaranması səbəbindən konsert təxirə salınıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi