Rusiyanın 95 yaşlı tanınmış aktyoru poliklinikanın pilləkənindən yıxılaraq xəsarət alıb

Rusiyanın 95 yaşlı tanınmış aktyoru poliklinikanın pilləkənindən yıxılaraq xəsarət alıb Vladimir Etuş Moskva xəstəxanalarından birinin reanimasiya şöbəsinə yerləşdirilib
İncəsənət
26 İyun , 2017 17:06
Rusiyanın 95 yaşlı tanınmış aktyoru poliklinikanın pilləkənindən yıxılaraq xəsarət alıb

Bakı. 26 iyun. REPORT.AZ/ Rusiyanın tanınmış aktyoru, SSRİ xalq artisti Vladimir Etuş xəstəxanaya yerləşdirilib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, aktyor müayinə üçün Moskvada poliklinikaya gedib. 

O, poliklinikanın pilləkənini qalxan zaman yıxılıb. Həmin vaxt V.Etuşun həyat yoldaşı onun yanında olub. Lakin xanımı aktyorun yıxılmasına mane ola bilməyib. 

95 yaşlı V.Etuş Moskva xəstəxanalarından birinin reanimasiya şöbəsinə yerləşdirilib. 

Qeyd edək ki, aktyor teatrda fəaliyyətini davam etdirir. V.Etuş yıxıldığına görə onun iştirak etdiyi tamaşalar taxirə salınıb.

Son xəbərlər

Orphus sistemi