Yuxarı
    Bağlamaq

    Rusiyalı rejissor Gənc Tamaşaçılar Teatrında tamaşa hazırlayır

    “Sevənlər və sevilənlər tamaşasının premyerası mayda olacaq

    Bakı. 23 aprel. REPORT.AZ/ Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın əməkdar incəsənət xadimi və Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Manciyev Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşa hazırlamaq üçün Bakıya gəlib.

    Bu barədə "Report"a Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən məlumat verilib.

    Məşqlərinə start verilən yeni tamaşa kalmık dramaturq Baatr Basanqovun “Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında Vera Şuqrayeva və Əli Əmirlinin səhnə üçün işlədiyi “Sevənlər və sevilənlər” adlanır.

    İki ölkə teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən hazırlanacaq yeni səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Kalmık Dövlət Filarmoniyasının baş direktoru Arkadi Mandjiyev, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Günay Qasımovadır.

    Tamaşada xalq artisti Yasin Qarayev, əməkdar artistlər Şövqi Hüseynov, Elşən Rüstəmov, Naibə Allahverdiyeva, Nübar Novruzova, Qurban İsmayılov, Lətifə Əliyeva, Almaz Mustafayeva, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Atabala Səfərov, aktyorlar Mehriban Hüseynova, Simuzər Ağakişiyeva, Günel Məmmədova, Könül Əbilova, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Səbinə Məmmədova, Nuranə Hüseynova, Ramil Məmmədov, Anar Seyfullayev, Vahid Orucoğlu, Mirzəağa Mirzəyev, Asya Atakişiyeva, Gülbəniz Mustafayeva, Elşən Çarhanlı, Elnur Hüseynov, Vüsal Mehrəliyev, Elnur Kərimov, İlham Əsədov, Yasəmən Məmmədova, Dilarə Fərəcullayeva, Zemfira Əbdülsəməd iştirak edəcəklər.

    Tamaşanın may ayının 26-da nümayiş etdirilməsi nəzərdə tutulub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi