Rusiyada təyyarə qəzası zamanı "Lyube" qrupunun keçmiş bek-vokalçısı da ölüb

Rusiyada təyyarə qəzası zamanı "Lyube" qrupunun keçmiş bek-vokalçısı da ölüb Yevgeni Nasibulin 90-cı illərdə qrupda fəaliyyət göstərib
İncəsənət
26 Dekabr , 2016 05:00
Rusiyada təyyarə qəzası zamanı Lyube qrupunun keçmiş bek-vokalçısı da ölüb

Bakı. 26 dekabr. REPORT.AZ/ Ötən gün Qara dənizdə qəzaya uğramış Rusiya təyyarəsinin sərnişinlərindən biri "Lyube" qrupunun keçmiş bek-vokalçısı Yevgeni Nasibulin olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İqor Matvinenko adına Mərkəzin rəhbəri Andrey Lukov məlumat verib.

"Təyyarənin göyərtəsində Aleksandrov ansamblının artisti, "Lyube" qrupunun sabiq bek-vokalçısı Yevgeni Nasibulin də olub. O, 90-cı illərdə qrupda işləyib. Biz Jenyanın qohumlarına və yaxınlarına dərin hüzunlə başsağlığı veririk", - deyə Andrey Lukinov bildirib.

Son xəbərlər

Orphus sistemi