Rusiyada "Kinotavr 2015" film festivalı başlayıb

Rusiyada "Kinotavr 2015" film festivalı başlayıb Festival iyunun 14-dək davam edəcək
İncəsənət
8 İyun , 2015 11:23
Rusiyada Kinotavr 2015 film festivalı başlayıb

Bakı. 8 iyun. REPORT.AZ/ Rusiyada nüfuzlu "Kinotavr" film festivalı Soçinin "Qış teatrı"nda öz işinə başlayıb.

"Report" xəbər verir ki, festival iyunun 14-dək davam edəcək.

Bu il "Kinotavr 2015"ə 81 film təqdim edilib. Münsiflər heyəti həmin filmlər arasından 22 filmi festivalın gündəliyinə daxil edib. Bu il festivala təqdim edilən bütün filmlərin süjet xətti məhəbbətdən bəhs edir.

Festivalın açılışı tanınmış rejissor Stanislav Qovoruxinin "Gözəl epoxanın sonu" filminin nümayişi ilə başlayıb.

"Kinotavr 2015"də mükafat uğrunda 14 film mübarizə aparacaq. 

Festivalın bağlanış mərasimində Oleq Asadulinin "Yaşıl fayton filmi nümayiş etdiriləcək.

Son xəbərlər

Orphus sistemi