Yuxarı

Rusiyada Georgi Tovstonoqov adına mükafatın təqdimatı təxirə salınıb

Bu mükafat 2001-ci ildə SSRİ xalq artisti Kirill Lavrovun təşəbbüsü ilə təsis edilib

Bakı. 20 iyul. REPORT/AZ/ Cari il Rusiyanın nüfuzlu teatr mükafatlarından biri olan "Teatr sənətinin inkişafına verdiyi əvəzedilməz töhfələrə" görə Georgi Tovstonoqov adına mükafatın təqdimat mərasimi baş tutmayacaq.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq "Aktyor evi"ndə "Qızıl sofit" teatr mükafatının sədri, Rusiyanın xalq artisti Nikolay Burov məlumat verib.

Onun sözlərinə görə, mükafatın təqdimat mərasiminin təxirə salınması işin gedişatı üçün xeyirli olacaq: "Bir illik fasilə zamanı G.Tovstanoqov adına nüfuzlu mükafatı alacaq namizədlərin siyahısı, mükafata təqdim edilən sənət əsərlərinin ən yaxşıları gözdən keçiriləcək". 

Xatırladaq ki, görkəmli rejissor Georgi Tovstonoqov adına teatr mükafatı 2001-ci ildə SSRİ xalq artisti Kirill Lavrovun təşəbbüsü ilə təsis edilib. Mükafatı müxtəlif illərdə Rusiyanın görkəmli sənət xadimləri - Mark Zaxarov, Oleq Tabakov, Boris Pokrovski, Robert Strua, Qalina Volçek, Konstantin Raykin və başqaları alıb. 2008-ci ildə mükafatın qalibləri Georgi Tovstonoqovun tələbələri - rejissor Genrietta Janovskaya və Kama Qinkas olub.

Qeyd edək ki, mükafatın təqdimat mərasiminin təxirə salınması 15 ildə ilk dəfə olaraq baş verib.


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi