Rusiya, Ukrayna, Belarusun vokal ulduzları Opera və Balet Teatrında çıxış edəcəklər

Rusiya, Ukrayna, Belarusun vokal ulduzları Opera və Balet Teatrında çıxış edəcəklər Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dekabrın 2-də Jorj Bizenin Karmen operasının növbəti tamaşası keçiriləcək. 
İncəsənət
15 Noyabr , 2017 19:07
Rusiya, Ukrayna, Belarusun vokal ulduzları Opera və Balet Teatrında çıxış edəcəklər

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dekabrın 2-də Jorj Bizenin "Karmen" operasının növbəti tamaşası keçiriləcək. 

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu dəfə azərbaycanlı operasevərlər Karmen partiyasını belaruslu vokal ulduzu Oksana Volkovanın ifasında dinləyə və seyr edə biləcəklər. 

O.Volkova Belarus Böyük Akademik Opera və Balet Teatrının aparıcı solisti, Belarusun əməkdar artisti, Dövlət mükafatı laureatı və bir sıra beynəlxalq müsabiqələrin qalibidir. Oksana həm də Rusiya Akademik Böyük Teatrının dəvətli solistidir. O, Milanın "La skala", Palermonun "Massimo", Neapolun "San Karlo", Buenos-Ayresin "Kolon" teatrlarında, həmçinin Nitsa, Münhen, Riqa opera teatrlarının səhnəsində, Çin və Yaponiyada çıxış edir.

O.Volkova ilə yanaşı tamaşada həmçinin Ukrayna Milli Operasının solisti, Ukraynanın xalq artisti Andrey Romanenko (Xoze), habelə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - xalq artisti Əli Əsgərov (Suniqo), əməkdar artistlər - İnarə Babayeva (Mikaela), Cahangir Qurbanov (Eskamilio), Gülnaz İsmayılova (Fraskita), Əliəhməd İbrahimov (Romendado), solistlərdən Nina Makarova (Mersedes), Tural Ağasıyev (Dankayro) çıxış edəcəklər.

Tamaşanı əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.

Son xəbərlər

Orphus sistemi