Bakı. 25 mart. REPORT.AZ/ Martın 22-də Moskvada vəfat edən yazıçı-satirik Arkadi Arkanovla vida mərasimi keçirilir. Mərhum yazıçı bu gün dəfn ediləcək.
"Report" xəbər verir ki, bu saatlarda yazıçı-satiriklə vida mərasimi keçirilir.
Vida mərasimini Rusiyanın xalq artisti Aleksandr Şirvindt və tanınmış ssenarist Arkadiy İnin idarə edir.
Mərasim başa çatdıqdan sonra Arkadi Arkanov dəfn ediləcək.
Qeyd edək ki, Arkadi Arkanov 1933-cü il iyunun 7-də anadan olub. Rusiyanın tanınmış satirik yazıçısı olub. Onun əsərləri Moskva teatrlarında, xüsusilə də, Satira Teatrının səhnəsində dəfələrlə tamaşaya qoyulub.
A.Arkanov Rusiya televiziyasında populyar olan "Вокруг смеха" və "Белый попугай" verilişlərinin aparıcı olub.