Rusiya paytaxtında 38-ci Beynəlxalq Moskva Kinofestivalı başlayır

Rusiya paytaxtında 38-ci Beynəlxalq Moskva Kinofestivalı başlayır İyunun 23-dən 30-dək davam edəcək festivalın gündəliyinə 11 ölkədən 12 film daxil edilib
İncəsənət
23 İyun , 2016 19:32
Rusiya paytaxtında 38-ci Beynəlxalq Moskva Kinofestivalı başlayır

Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün Rusiya paytaxtında 38-ci Beynəlxalq Moskva Kinofestivalı başlayır.

"Report" xəbər verir ki, iyunun 23-dən 30-dək davam edəcək festivalın gündəliyinə 11 ölkədən 12 film daxil edilib. Azərbaycan kinofestivalda təmsil olunmur.

Nüfuzlu kinofestivalın münsiflər heyətinə bolqar rejissoru İvaylo Xristov sədrlik edir.

Bədii filmləri qiymətləndirəcək münsiflər heyətində alman rejissoru Ulrike Ottinqer, hindistanlı kinoprodüsser Randxir Kapur (Rac Kapurun böyük oğlu), qazaxıstanlı rejissoru Rəşid Nuqmanov və aktrisa Vikroriya İsakova yer alıb.

Kinofestilda nümayiş etdiriləcək sənədli filmlər üzrə münsiflər heyətinə fransız rejissoru Toma Balmes rəhbərlik edəcək. Krakov kinofestivalının direktoru Kşiştof Qerat və rusiyalı rejissor və ssenarist Serqey Debijev münsiflər heyətinin üzvləri sırasındadır.

38-ci Beynəlxalq Moskva Kinofestivalında Danimarka, İtaliya,Fransa, Avsrtiya, Koreya, Bolqariya, İran və s. ölkədən gətirilmiş maraqlı ekran əsərləri göstəriləcək.

Festivalda İran İslam Respublikasını rejissor Rza Mirkəriminin "Qız" filmi təmsil edəcək. Azərbaycan isə heç bir filmlə təmsil olunmayacaq.

Kinofestivalın açılşında Serqey Solovyovun "Ke-dı" filmi nümayiş olunacaq. Festivalın bağlanışı Vudi Allenin "Dünyəvi həyat" filmi ilə reallaşacaq.

Kinofestivalın prezidenti Rusiyanın görkəmli kino xadimi, rejissor Nikita Mixalkovdur. Qonaqlar sırasında məşhur ispan rejissoru Karlos Saura, dünya kinosunun məşhur siması Stiven Frirz, uruqvaylı aktrisa Nataliya Oreyro təmsil olunacaq.

Festival çərçivəsində tanınmış rejissor Andrey Tarkovskinin xatirəsi yad ediləcək. 

Son xəbərlər

Orphus sistemi