Moskvalılara Azərbaycanın ənənəvi incəsənəti təqdim edilib - FOTO

Moskvalılara Azərbaycanın ənənəvi incəsənəti təqdim edilib - FOTO Moskvada Dövlət Şərq Muzeyində “Harmoniya sahəsi. Azərbaycanın ənnənvi incəsənəti” adlı sərgi keçirilir.
İncəsənət
11 Aprel , 2019 08:27
Moskvalılara Azərbaycanın ənənəvi incəsənəti təqdim edilib - FOTO

Moskvada Dövlət Şərq Muzeyində “Harmoniya sahəsi. Azərbaycanın ənnənvi incəsənəti” adlı sərgi keçirilir.  

"Report"un Rusiya nümayəndəliyinin verdiyi məlumata görə, Azərbaycan xalça muzeyinin və Rusiya dövlət Şərq xalqları incəsənət muzeyinin dekorativ-tətbiqi incəsənət nümunələrini əhatə edən sərgidə 100-dən çox əsər nümayiş olunub. Azərbaycanın Rusiyadakı səfirliyi və hər iki muzeyin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Rusiya mədəniyyət nazırliklərinin nümayəndələri də iştirak ediblər. 

Sərginin əsas məqsədi burada sərgilənən əsərlərlə - müxtəlif növ xalçalar, zinət əşyaları, xüsusi önəm kəsb edən qiymətli qablar, şənlik zamanı geyinilən milli geyimlər, baş örtükləri və.s moskvalılara XVIII əsrin sonu XIX əsrin əvvələrində Azərbaycan mədəniyyəti haqqında təsəvvür yaratmaqdır.

“Bu sərgi böyük hadisəsidir. Burada tamaşaçılar heç yerdə görə bilmədiklərini görəcəklər. İki müzeyin arxivi əsasında yaradılan bu sərgidə Azərbaycandan gətirilmiş xalçaların tikilişləri, təsvir olunan kompazisiyalar, rəng çalarları ustalıqdan və mədəniyyətin dərinliyindən xəbər verir”. Bunu "Report"a açıqlamasında sərginin kuratoru Mariya Filatova bildirib.

Nümayiş olunan hər bir əsərin unikallığını vurğulayan M.Filatova “Hama sandığı”-nın şəxsən özü üçün cazibəli və böyük məna daşıdığını vurğulayıb. 

Muzeyin direktoru Aleksandr Sidov isə "Report"un Rusiya nümayəndəliyinə müsahibəsində Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin inkişaf etdiyini bildirərək, bu sərgini keçirməkdən şad olduqlarını nəzərə çatdırıb.

“Bu sərgidə tamaşaçı hər bir əsərə diqqətlə yanaşmalıdır. Bir nömrəli əsər isə, fərqliliyi ilə seçilən, muzey üçün ilk azərbaycan incəsənət əsəri olan hər şeyin başlandığı xalça Qarabağ xalçasıdır. Muzey onu 1918-ci ildə əldə edib.” deyə Aleksandr Sidov qeyd edib.

Sərginin açlış mərəsimində çıxış edən Rusiya dövlət Şərq xalqları incəsənət muzeyinin direktoru Aleksandr Sidov, sərginin kuratoru Mariya Filatova, Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət üzrə müşaviri Nigar Axundova, Azərbaycan Mədəniyyət nazirliyinin nümayəndəsi Azadə Hüseynova və digərləri sərginin əhəmiyyətindən və iki ölkə arasında olan mədəni əlaqələrin inkişafından söz açıblar. Rusiya dövlət Şərq xalqları muzeyi ilə Azərbaycan mədəniyyət və incəsənətinin daim tandem olaraq fəaliyyəti qeyd olunub.

Azərbaycan xalca muzeyinin rəhbəri Şirin Məlikova isə Rusiya dövlət Muzeyini Bakıda sərgi keçirməyə dəvət edib.

Qeyd edək ki, sərgi mayın 12-nə kimi davam edəcək.

Son xəbərlər

Orphus sistemi