Yuxarı
    Bağlamaq

    Rusiya Akademik Böyük Teatrının brass-kvinteti Bakıda konsert verib

    Konsert VII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutub

    Bakı. 23 sentyabr. REPORT.AZ/ Rusiya Akademik Böyük Teatrının brass-kvinteti Beynəlxalq Muğam Mərkəzində konsert verib. 

    "Report" xəbər verir ki, konsert VII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutub. 

    Rusiya Akademik Böyük Teatrının brass-kvintet adıçəkilən festivalda iştirak etmək üçün Azərbaycana gəlib. Qonaqlar Bakıda ilk dəfə olduqlarını bildiriblər və paytaxt haqqında xoş təəssüratlarını bölüşüblər.
    Qeyd edək ki, kollektiv ötən əsrin 80-ci illərində yaranıb. Moskva Böyük Teatr Orkestrinin tərkibində fəaliyyət göstərən qrupa Aleksey Kornilyev (truba, flüqelqorn), Yevgeni Quryev (truba), Aleksandr Jbanov (turba), Aleksey Rayev (valtorna) və Erkin Yusupov (trombo) daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi