Rusiya 27-ci "Kinotavr" Kino Festivalına hazırlaşır

Rusiya 27-ci "Kinotavr" Kino Festivalına hazırlaşır Festival iyunun 6-dan 13-dək Soçidə keçiriləcək
İncəsənət
11 May , 2016 19:50
Rusiya 27-ci Kinotavr Kino Festivalına hazırlaşır

Bakı. 11 may. REPORT.AZ/ İyunun 6-dan 13-dək Soçidə 27-ci "Kinotavr" Rusiya Kino Festivalı keçiriləcək. "Report" festivalın rəsmi saytına istinadən xəbər verir ki, kinofestivalın gündəliyinə 71 film daxil edilib.

"Kinotavr"ın rəhbəri Sitora Əliyevanın verdiyi məlumata əsasən, 2015-ci ildə festivalın gündəliyinə 76 film daxil edilmişdi. Bu il festivalda Rusiyanın tanınmış aktyorları və rejissorları ilə yanaşı, gənc kinorejissorların da filmlərinə baxış olacaq.

27-ci "Kinotavr" Kino Festivalının açılışı "Peterburq. Təkcə sevgi əsasında" almanaxının nümayişi ilə olacaq. Festival mükafatı - "Kinotavr" Kino Festivalının əsas mükafatı olacaq. Əsas mükafatdan əlavə qaliblərə: "Ən yaxşı debüt", "Ən yaxşı kişi rolu", "Ən yaxşı qadın rolu", "Ən yaxşı rejissor işi", "Ən yaxşı operator işi" mükafatları da təqdim ediləcək.

Bundan başqa, Q.Qorin adına "Ən yaxşı ssenariyə" görə mükafat təyin edilib.

Kinofestivalda Sergey Bodrova "Rusiya və dünya kinosunda ən yaxşı bədii nəticələr" əldə etdiyinə görə "Kinotavr" Festivalının xüsusi mükafatı veriləcək.

Festivalın xüsusi ikinci mükafatı "Filmin musiqi təhlili və həllinə" görə münsiflər heyətinin təqdimatında qalibə təqdim ediləcək.

Festivalın münsiflər heyətinə rejissor Nikolay Lebedev sədrlik edəcək.

Festival çərçivəsində tanınmış aktyor və rejissorların ustad dərsləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi