Rus Dram Teatrının aprel ayına olan repertuar planı açıqlanıb

Rus Dram Teatrının aprel ayına olan repertuar planı açıqlanıb Böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün tamaşalar isə saat 12:00-da başlanır
İncəsənət
29 Mart , 2016 18:36
Rus Dram Teatrının aprel ayına olan repertuar planı açıqlanıb

Bakı. 29 mart. REPORT.AZ/ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aprel ayına olan repertuar planı açıqlanıb. "Report" teatrın afişasını təqdim edir.

2 aprel - “Afina axşamları”

3 aprel – “Yalan detektoru”

8 aprel - “Yeni il gecəsində məhəbbət intriqaları”

9 aprel - “Büllur sarayda”

10, 27 aprel - “Yeddi gözəl”

15, 25 aprel - “Yay gecəsində yuxu”

16 aprel - “Həddindən artıq evli taksi sürücüsü”

17 aprel – “Şəhrizadın daha bir gecəsi”

23 aprel - “Məhəbbətlə zarafat etmirlər”;

24, 30 aprel – “Kazanova: sevgi dərsləri” (premyera)

26 aprel - “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur”;

29 aprel – “Qürur və qərəz”.

Uşaqlar üçün:

2 aprel - “Durnabalığının buyruğu ilə”

3, 24 aprel - “Gəlin, nağıla baxaq”

9 aprel - “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”

10 aprel -“Nağılı tap - 1”

16 aprel - “Anam, atam və mən” (“Yeni il gecəsində sehrbazlıq”)

17 aprel – “Güləbətin tikən qız və süpürgəçi”

23 aprel – “Maşa və ayı”

30 aprel - “Nağılı tap – 2”

Qeyd edək ki, böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün tamaşalar isə saat 12:00-da başlanır. Uşaq tamaşalarının biletlərinin qiyməti 5 manat, axşam tamaşalarının biletlərinin qiyməti isə 11 manatdır.

Son xəbərlər

Orphus sistemi