Rus Dram Teatrının aktrisası yubileyini səhnədə qeyd edəcək

Rus Dram Teatrının aktrisası yubileyini səhnədə qeyd edəcək Teatrda "Yeni il gecəsində məhəbbət intriqaları” tamaşası nümayiş etdiriləcək
İncəsənət
12 Oktyabr , 2015 13:53
Rus Dram Teatrının aktrisası yubileyini səhnədə qeyd edəcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ Oktyabrın 15-də Səməd Vurğun adına Rus Dram Teatrında Oleq Yernevin "Yeni il gecəsində məhəbbət intriqaları” tamaşası nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, tamaşa teatrın aktrisası, əməkdar artist Yevgeniya Nevmerjitskayanın 70 illik yubileyi və səhnə fəaliyyətinin 50 illiyi münasibətilə nümayiş ediləcək.

Aktrisa, Mədəniyyət və Turizm Nazirliyinin "Əməkdar mədəniyyət işçisi" və Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilib.

Tamaşanın rejissoru, xalq artisti, Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovskidir.

Tamaşada xalq artistləri, Səfa Mirhəsənov, Məbud Məhərrəmov, əməkdar artist Əsgər Rəhimov və aktrisa Mədinə Mullayeva çıxış edir. 

Son xəbərlər

Orphus sistemi