Rus Dram Teatrında "Mərasim" tamaşasının premyerası keçiriləcək

Rus Dram Teatrında "Mərasim" tamaşasının premyerası keçiriləcək Tamaşada Fəxrəddin Manafov və Mehriban Zəki rol alacaqlar
İncəsənət
22 Avqust , 2017 13:01
Rus Dram Teatrında Mərasim tamaşasının premyerası keçiriləcək

Bakı. 22 avqust. REPORT.AZ/ Sentyabrın 16-da Səməd Vurğun adına Rus Dram Teatrında Ejen İoneskunun pyesi əsasında "Mərasim" tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərov (Sankt-Peterburq), quruluşçu rəssamı Olqa Abbasova (Azərbaycanın əməkdar mədəniyyət işçisi), musiqi tərtibatçısı Ərşad Ələkbərov, işıq üzrə rəssamı Nikolay Rudıçev olacaq.

Tamaşada Azərbaycanın xalq artisti Fəxrəddin Manafov və Azərbaycanın əməkdar artisti Mehriban Zəki rol alacaqlar.

Tamaşada həmçinin teatrın artistləri - Oleq Əmirbəyov, Həcər Ağayeva, Mariya Dubovitskaya, Natiq Hüseynov, izdihamlı səhnələrdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri çıxış edəcəklər.

Son xəbərlər

Orphus sistemi