Rus Dram Teatrında Elçinin "Artist" əsəri hazırlanır

Rus Dram Teatrında Elçinin "Artist" əsəri hazırlanır Tamaşa Hüseyn Ərəblinskinin həyat və yaradıcılığından bəhs edir
İncəsənət
20 Fevral , 2016 10:52
Rus Dram Teatrında Elçinin Artist əsəri hazırlanır

Bakı. 20 fevral. REPORT.AZ/ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında yazıçı Elçinin yeni əsərinin məşqləri başlayıb.

"Report" xəbər verir ki, "Artıst" adlanan tamaşa Azərbaycanın görkəmli səhnə xadimi Hüseyn Ərəblinskinin həyatı və sənət yolundan bəhs edir.

Əsərə teatrın rejissoru xalq artisti İranə Tağızadə quruluş verib. Hazırda məşqləri gedən tamaşanın premyerası mayda olacaq.

Xatırladaq ki, rejissor İranə Tağızadə ilk dəfə əsərə Akademik Milli Dram Teatrının səhnəsində quruluş verib. Tamaşa "Sənətkarın taleyi" adı ilə səhnəyə qoyulub. Akademik Milli Dram Teatrının repertuarında olan tamaşada baş rolu Rus Dram Teatrının aktyoru əməkdar artist Firdovsi Atakişiyev ifa edib.

Rus Dram Teatrının səhnəsində hazırlanan tamaşada baş rolu - Hüseyn Ərəblinski obrazını yenidən Firdovsi Atakişiyev canlandıracaq.

Yeni tamaşanın səhnə tərtibatını Mustafa Mustafayev, musiqi tərtibatını əməkdar mədəniyyət işçisi Vladimir Neverov hazırlayıb, geyim üzrə rəssam əməkdar mədəniyyət işçisi Olqa Abbasova, işıq üzrə rəssam isə Nikolay Rudıçevdir.

Tamaşada əsas rolları xalq artisti Yuri Baliyev, əməkdar artistlər Firdovsi Atakişiyev, Ayan Mir-Qasımova, Əsgər Rəhimov, Elmira Aslanova ida edir.

Digər obrazları Natəvan Hacıyeva, Teymur Rəhimov, Oleq Əmirbəyov, Murad Məmmədov, Aleksey Saprıkin, Elşad Murtuzov, Yaroslav Trifonov, Tamilla Abutalıbova, Yaqub Zeynalov, Nazim Cabbarov, Zaur İsgəndərov, Fərid Bəhramov, İbrahim Məmmədov, Boris Brodski, İosif Tkaç ifa edəcək.

Son xəbərlər

Orphus sistemi