Rus Dram Teatrında "Artistin taleyi" tamaşasının premyerası keçiriləcək

Rus Dram Teatrında "Artistin taleyi" tamaşasının premyerası keçiriləcək Tamaşa mayın 20-də nümayiş etdiriləcək
İncəsənət
2 May , 2016 14:14
Rus Dram Teatrında Artistin taleyi tamaşasının premyerası keçiriləcək

Bakı. 2 may. REPORT.AZ/ Səməd Vurğun adına Rus Dram Teatrında xalq yazıçısı Elçinin "Artistin taleyi" əsərinin premyerası olacaq.

"Report" xəbər verir ki, "Artistin taleyi" tamaşası Azərbaycanın görkəmli səhnə xadimi Hüseyn Ərəblinskinin həyatı və sənət yolundan bəhs edir.

Əsərə Rus Dram Teatrının rejissoru, xalq artisti İranə Tağızadə quruluş verib.

O, bu əsəri ilk dəfə Akademik Milli Dram Teatrının səhnəsində "Sənətkarın taleyi" adı ilə hazırlayıb. İlk quruluşda baş rolu Rus Dram Teatrının aktyoru əməkdar artist Firdovsi Atakişiyev ifa edib.

Rus Dram Teatrının səhnəsində hazırlanan tamaşada baş rolu - Hüseyn Ərəblinski obrazını yenidən Firdovsi Atakişiyev canlandıracaq.

Yeni tamaşanın səhnə tərtibatını Mustafa Mustafayev, musiqi tərtibatını əməkdar mədəniyyət işçisi Vladimir Neverov hazırlayıb, geyim üzrə rəssam əməkdar mədəniyyət işçisi Olqa Abbasova, işıq üzrə rəssam isə Nikolay Rudıçevdir.

Tamaşada əsas rolları xalq artisti Yuri Baliyev, əməkdar artistlər Firdovsi Atakişiyev, Ayan Mir-Qasımova, Əsgər Rəhimov, Elmira Aslanova ida edəcək.

Digər obrazları Natəvan Hacıyeva, Teymur Rəhimov, Oleq Əmirbəyov, Murad Məmmədov, Aleksey Saprıkin, Elşad Murtuzov, Yaroslav Trifonov, Tamilla Abutalıbova, Yaqub Zeynalov, Nazim Cabbarov, Zaur İsgəndərov, Fərid Bəhramov, İbrahim Məmmədov, Boris Brodski, İosif Tkaç ifa edəcək.

Tamaşa mayın 20-də təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi