Yuxarı
    Bağlamaq

    Rus Dram Teatrı tamaşaçılarla eksperiment keçirəcək

    Aktyorlar zalda əyləşən tamaşaçılarla ünsiyyətə daxil olacaq

    26 fevral. REPORT.AZ/ Fevralın 28-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında tamaşaçılarla "Açıq dialoq: rampasız söhbət" adı altında növbəti eksperiment keçiriləcək.

    "Report" xəbər verir ki, teatrda Ceyn Ostinin "Qürur və Qərəz" əsəri tamaşaçılara təqdim ediləcək və tamaşaçılar aktyorlar və rejissorlarla birlikdə tamaşanın müzakirəsini edəcək.

    Müzakirələrə rejissor İlqar Safat da qatılacaq.

    Müzakirənin mövzusu tamaşanın təhlili, aktyorların oyun texnikası, aktyorun obrazın daxili aləmini şüuraltı dərki, tamaşanın quruluşu və başqa aktual məsələlər olacaq.

    Eksperimentin nəticəsi olaraq hər bir tamaşaçı aktyor və rejissorlara yaradıcılıqıqları barədə sual ünvanlaya biləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi