Səməd Vurğun adına Rus Dram Teatrı Sankt-Peterburqa "Maskarad" tamaşasını nümayiş etdirib

Səməd Vurğun adına Rus Dram Teatrı Sankt-Peterburqa "Maskarad" tamaşasını nümayiş etdirib Teatrın qastrol səfəri böyük uğurla davam edir
İncəsənət
13 Noyabr , 2015 10:44
Səməd Vurğun adına Rus Dram Teatrı Sankt-Peterburqa Maskarad tamaşasını nümayiş etdirib

Bakı. 13 noyabr. REPORT.AZ/ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Sankt-Peterburqda qastrol səfərindədir.

"Report" xəbər verir ki, teatrın kollektivi Sankt-Peterburqda mətbuat konfransı keçirib.

Konfransda Rus Dram Teatrının bədii rəhbəri və baş rejissoru, xalq artisti Aleksandr Şarovski 95 illik sənət tarixçəsi olan Azərbaycan Dövlət Rus Dram Teatrı haqqında Sankt-Peterburqun teatr ictimaiyyətinə ətraflı məlumat verib.

Sankt-Peterburq Dövlət Dram Teatrının səhnəsində M.Lermontovun "Maskarad" əsəri Rusiyalı tamaşaçılara nümayiş etdirilib. Tamaşa, alqışlarla qarşılanıb.

Xatırladaq ki, "Maskarad" əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində tamaşaya qoyulan əsərdir. Tamaşanın quruluşçu rejissoru, xalq artisti Aleksandr Şarovskidir.

A.Şarovski tamaşanın rejissoru olmaqla yanaşı, bu tamaşada Arbenin obrazını canlandırıb.

Son xəbərlər

Orphus sistemi