Yuxarı

Rus Dram Teatrı mövsümə yekun vurub

Yeni teatr mövsümü sentyabrın 16-da başlanacaq

Bakı. 5 iyul. REPORT.AZ/ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 95-ci teatr mövsümünü başa vurub.

"Report" xəbər verir ki, Rus Dram Teatrı 95-ci teatr mövsümünü Viktor Korkiya və Aleksandr Lavrinin əsəri əsasında "Kazanova: sevgi dərsləri" tamaşası ilə başa çatdırıb.

Teatr 96-cı mövsümdə tamaşaçılarının görüşünə yeni tamaşalarla gələcək.

Qeyd edək ki, sentyabrın 16-da Rus Dram Teatrı yeni teatr mövsümünə başlayır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi