Rus Dram Teatrı 95-ci Teatr mövsümünü "Kazanova: sevgi dərsləri" tamaşası ilə başa vuracaq - FOTO

Rus Dram Teatrı 95-ci Teatr mövsümünü "Kazanova: sevgi dərsləri" tamaşası ilə başa vuracaq - FOTO Tamaşa iyulun 1 və 3-də tamaşaçıların xahişi ilə nümayiş etdiriləcək
İncəsənət
29 İyun , 2016 07:47
Rus Dram Teatrı 95-ci Teatr mövsümünü Kazanova: sevgi dərsləri tamaşası ilə başa vuracaq - FOTO

Bakı. 29 iyun. REPORT.AZ/ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 95-ci teatr mövsümünü başa vurur.

Teatrdan "Report"a verilən məlumata görə, 95-ci teatr mövsümü iyulun 1 və 3-də tamaşaçıların xahişi ilə "Kazanova: sevgi dərsləri" tamaşasının növbəti nümayişi ilə başa çataçaq.

Viktor Korkiya və Aleksandr Lavrinin əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Kazanova obrazını xalq artisti Fəxrəddin Manafov ifa edir.

Tamaşada xalq artiri Yuri Baliyev, əməkdar artist Firdovsi Atakişiyev, aktyorlar Murad Məmmədov, Yeganə Hüseynli, Zaur İsgəndərov, Yaroslav Trifonov, İbrahim Çingiz, Boris Brodski, Olqa Arsenteva, Tamilla Abutalıbova, Olesya Qasımova, Fəridə Nesterenko və başqaları çıxış edir.

Qeyd edək ki, bu mövsümdən xalq artisti Fəxrəddin Manafov Rus Dram Teatrının aktyoru kimi fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi