“Ruhlar ölkəsi” “CinemaPlus”da peşəkar Azərbaycan dublyajında nümayiş olunub - VİDEO

“Ruhlar ölkəsi” “CinemaPlus”da peşəkar Azərbaycan dublyajında nümayiş olunub - VİDEO Qorxu filminin rejissoru Pascal Laugierdir
İncəsənət
2 Aprel , 2018 12:29
“Ruhlar ölkəsi” “CinemaPlus”da peşəkar Azərbaycan dublyajında nümayiş olunub - VİDEO

Bakı. 2 aprel. REPORT.AZ/ “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində 2018-cı ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş Fransa və Kanada istehsalı olan “Ruhlar ölkəsi” filminin nümayişi baş tutub.

"Report" xəbər verir ki, dublyajın rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, səs operatoru Orxan Həsənli, tərcüməçi Xumar Quluzadə, baş prodüseri Cəfər Axundzadədir.

Filmi Nəzakət Məmmədli, Zarina Qurbanova, Zemfira Əbdülsəmədova, Nəcibə Hüseynova, Səid Nizami, Rövşən Məmmədli və Vüsalə Məmmədzadə səsləndiriblər.

Qorxu filminin rejissoru Pascal Laugierdir.

Filmdə Bet doğma yerlərinə qayıdır, harada ki, uzun illər öncə onun ailəsi ilə bağlı dəhşətli faciə baş vermişdi. Köhnə evdə onu anası və bacısı gözləyir. Bütün fikirləri kabuslar olan, hansının ki, qəzəbli ruhlarla mübtəlalığı, həyatını paranoidal dəhşətə çevirmiş keçmişdə baş verən dəhşətli hadisənin izindən başqa heç nədir. Evdə Betin başa salmaq gücündə olmadığı qəribə hadisələr baş verməyə başlayır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır. 

Son xəbərlər

Orphus sistemi