Yuxarı
    Bağlamaq

    Tanınmış modelyer Karla Fendi vəfat edib

    Karla Fendi uzun illər ərzində 1925-ci ildə valideynləri tərəfindən təsis edilən dünya şöhrətli Fendi qrupunu idarə edib

    Bakı. 20 iyun. REPORT.AZ/ Romada ömrünün 81-ci ilində məşhur italyan modelyer Karla Fendi vəfat edib.

    "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu yaxınlarda K.Fendi ağciyərindən ciddi xəstəlik keçirib. Amma bir neçə gün əvvəl o, xəstəxanadan evə buraxılıb və Romadakı qərargahına - məşhur Palatso Ruspoliyə qayıdıb.

    Karla Fendi uzun illər ərzində 1925-ci ildə valideynləri tərəfindən təsis edilən dünya şöhrətli "Fendi" qrupunu idarə edib.

    "Fendi" - geyim, dəri və xəz dəri malları, aksesuarlar və ətriyyat istehsalı üzrə ixtisaslaşan İtaliya moda evidir. Hazırda "Fendi"nin 25 ölkədə 160-dan çox mağazası fəaliyyət göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi