Roma Papası macəra filmində çəkilir

Roma Papası macəra filmində çəkilir Katolik kilsəsinin başçısı ilk dəfə bədii filmin çəkilişlərində iştirak edəcək
İncəsənət
2 Fevral , 2016 12:51
Roma Papası macəra filmində çəkilir

Bakı. 2 fevral. REPORT.AZ/ Roma Papası Fransisk "Günəşin digər tərəfi" ailəvi macəra filmində özünü canlandıracaq.

"Report" "Variety"yə istinadən xəbər verir ki, katolik kilsəsinin başçısı ilk dəfə bədii filmin çəkilişlərində iştirak edəcək. Filmin çəkilişlərinə 2016-cı ilin ilk yarısında İtaliyada başlanacaq.

Film layihəsindən əldə olunan gəlirin xeyriyyə məqsədilə istifadə olunacağı planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi