Rok-n-rol kralının 80 illiyi qeyd olunub

Rok-n-rol kralının 80 illiyi qeyd olunub Onun malikanəsində hərrac keçirilib
İncəsənət
8 Yanvar , 2015 17:43
Rok-n-rol kralının 80 illiyi qeyd olunub

Bakı. 8 yanvar. REPORT.AZ/ Bu gün amerikalı aktyor və müğənni, dünyada rok-n-rolun kralı kimi tanınan Elvis Preslinin 80 yaşı tamam olur.

"Report" xəbər verir ki, Elvis Preslinin 80 illik yubileyini fanatları qeyd ediblər.

Əfsanəvi müğənninin xatirəsinə həsr edilən yubiley tədbirləri dünyanın bir neçə şəhərində, o cümlədən Elvis Preslinin doğulduğu Memfis şəhərində yad olunub. 

Rol-n-rolun kralının malikanəsində hərrac keçirilib. Hərracda Elvis Preslinin şəxsi əşyaları ilə yanaşı, sürücülük vəsiqəsi və 1964-cü ildə çəkilmiş "Salam Las-Veqas" filmində geyindiyi pencək də satışa çıxarılıb.

Qeyd edək ki, Elvis Presli 1935-ci ildə ABŞ-ın Missisipi ştatında anadan olub. Bariton səs tembri ilə sevilən müğənni rok-n-rol, blyuz, pop, qospel, kantri üslublarında oxuyub, fortepiano və gitarada gözəl ifa etməyi bacarıb.

1977-ci il avqustun 16-da 42 yaşında vəfat edən Elvis Presli bu gün də tanınır və sevilir. Hər il Elvis Presli sənətinin pərəstişkarları sevilən müğənnini yad edirlər.

Son xəbərlər

Orphus sistemi