Yuxarı
    Bağlamaq

    Rodenin "Əbədi bahar" heykəlciyi Nyu-Yorkda hərracda rekord məbləğə satılıb

    Ekspertlər bu əl işini maksimum 12 milyon dollar qiymətləndirirdi

    Bakı. 10 may. REPORT.AZ/ Məşhur fransız heykəltəraş Ogüst Rodenin (1840 - 1917) "Əbədi bahar" heykəlciyi Nyu-Yorkda "Sotheby`s" hərracında rekord yüksək qiymətə - 20,4 milyon dollara satılıb.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya hərrac evi məlumat verib.

    Ekspertlər isə bu əl işini maksimum 12 milyon dollar qiymətləndirirdi.

    Qeyd edək ki, Rodenin usta əl işləri üzrə əvvəlki rekord bu ilin fevralında qeydə alınmışdı: vaxtilə aktyor Silvestr Stallonenin kolleksiyasında olmuş "İris - tanrıların elçisi" lüt fiquru hərracda 16,7 milyon dollara satılmışdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi