Robert Sturuanın tamaşası Musiqili Teatrda nümayiş olunacaq

Robert Sturuanın tamaşası Musiqili Teatrda nümayiş olunacaq Bakı. 14 noyabr. REPORT.AZ/ Dünya şöhrətli gürcü rejissoru, SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşa Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.
İncəsənət
14 Noyabr , 2017 15:27
Robert Sturuanın tamaşası Musiqili Teatrda nümayiş olunacaq

Bakı. 14 noyabr. REPORT.AZ/ Dünya şöhrətli gürcü rejissoru, SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşa Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tamaşaların nümayişi Şota Rustaveli adına Tbilisi Dövlət Dram Teatrının ölkəmizə qastrol səfəri çərçivəsində baş tutacaq. 14 və 15 noyabr tarixlərində saat 19.00-da Terens Maknellinin "Master Klass" əsəri əsasında Robert Struanın səhnələşdirdiyi "Mariya Kallas - Dərs" tamaşası azərbaycanlı sənətsevərlərə təqdim olunacaq. 

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev bildirib ki, Robert Sturua dünyada tanınan bir rejissordur: "Belə bir məşhur rejissorun hazırladığı tamaşanın azərbaycanlı tamaşaçılara təqdim olunması çox təqdirəlayiq bir haldır".

Qastrol səfəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.

SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi “Mariya Kallas – Dərs” tamaşasını izləmək istəyənlər biletləri Bakı şəhərinin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi