Rusiyalı solist Opera və Balet Teatrında çıxış edəcək

Rusiyalı solist Opera və Balet Teatrında çıxış edəcək Tamaşaya beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev dirijorluq edəcə
İncəsənət
12 Yanvar , 2017 16:58
Rusiyalı solist Opera və Balet Teatrında çıxış edəcək

Bakı. 12 yanvar. REPORT.AZ/ Opera və Balet Teatrında yanvarın 21-də Qaetano Donisettinin “Sevgi şərbəti” operasının tamaşası nümayiş etdiriləcək.

Teatrdan "Report"a verilən məlumata görə, tamaşada Sankt-Peterburqun Mixaylovski adına Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yuri Monçak iştirak edəcək.

Səhnə əsərində əsas rolları əməkdar artistlər Fərid Əliyev (Nemorino), İnarə Babayeva (Adina), Səbinə Əsədova (Janetta), Cahangir Qurbanov (Belkore) ifa edəcəklər.

Tamaşaya beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev dirijorluq edəcək. 

Son xəbərlər

Orphus sistemi