Yuxarı
    Bağlamaq

    RİMM-də Azərbaycanın xalq artisti Natavan Şeyxovanın yaradıcılıq gecəsi keçirilib

    Gecə Mədəniyyət günlərinin tarixi: Rusiya-Azərbaycan layihəsi çərçivəsində keçirilib

    Bakı. 11 mart. REPORT.AZ/ Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) "Mədəniyyət günlərinin tarixi: Rusiya-Azərbaycan" layihəsi çərçivəsində Azərbaycanın xalq artisti Natavan Şeyxovanın yaradıcılıq gecəsi keçirilib. "Report" RİMM mətbuat xidmətinə istinadən xəbər verir ki, N.Şeyxova keçdiyi yaradıcılıq yolu, Azərbaycan və Rusiya  Mədəniyyəti günlərində iştirakı ilə bağlı xatirələri ilə bölüşüb. 

    Xalq artisti Azərbaycan və rus dillərində çoxları tərəfindən sevilən mahnılarını ifa edib. Gecənin konsert proqramında bəstəkar və ifaçı Rafiq Seyidzadənin caz əsərləri, eləcə də N.Şeyxovanın sinfində vokal ilə məşğul olan Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında əsərlər səslənib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi