Yuxarı
    Bağlamaq

    Rəssamlar "Düşüncələr"ə dalır

    Sərgi bir həftə davam edəcək

    Bakı.18 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksində "Düşüncələr" adlı sərginin açılışı olacaq.

    "Report" xəbər verir ki, bu barədə məlumatı Rəssamlar İttifaqı yayıb.

    Sərgi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə dəstəyi ilə keçiriləcək.

    “Düşüncələr” sərgisində ADRA-nın Dekorativ tətbiqi sənət fakültəsinin 2 kafedrası - bədii toxuculuq və bədii xalça sənəti, həmçinin keramika, şüşə və metal ixtisaslarında təhsil alan tələbələr iştirak edəcək. Sərgidə, tələbələrin 200-dən artıq əl işləri nümayiş olunacaq. Sərginin məqsədi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alan tələbələrin mövcud potensiallarını üzə çıxarmaq, onların yalnız ixtisas aldıqları bir sahə üzrə deyil, təhsil aldıqları ali təhsil ocağında yaradıclığın bütün istiqamətlər üzrə formalaşdıqlarını göstərməkdir.
    Sərgidə xalça, qobelen, keramika, şüşə, metal, rəngkarlıq, qrafika və yaradıcılığın digər istiqamətləri üzrə 200-ə yaxın rəsm əsəri sərgilənəcək.

    Nümayiş olunan işlər sırasında “Harmoniya”, “Ulu nar”, “Ağ dünya”, “Qadın bəzək dəsti”, “Şəbəkə”, “Giametrik kompozisiya”, “Ala toranlıq”, “İbadət”, “Lalələr”, “İnsan düşüncəsi” və digərləri yer alıb. Bir həftə davam edəcək “Düşüncələr” sərgisində nümayiş olunan işlərin satışı da həyata keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi