Pikassonun 25 milyon avro dəyərindəki əsəri geri qaytarılıb

Pikassonun 25 milyon avro dəyərindəki əsəri geri qaytarılıb 25 milyon avro dəyərində qiymətləndirilən sənət əsəri Korsika adasında tapılıb
İncəsənət
6 Avqust , 2015 04:20
Pikassonun 25 milyon avro dəyərindəki əsəri geri qaytarılıb

Bakı. 6 avqust. REPORT.AZ/ Dünya şöhrətli ispaniyalı rəssam Pablo Pikassoya aid “Gənc bir qadının başı” (Tete de jeune fille) rəsm tablosunun oğurlanmasının qarşısı alınıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, İsveçrəyə aparılmaq üçün oğurlanan və 25 milyon avro dəyərində qiymətləndirilən sənət əsəri Fransa Gömrük İdarəsinin əməkdaşları tərəfindən Korsika adasında aşkarlanıb və geri qaytarılıb.

İspaniyalı iş adamı Jaime Botinə məxsus olan bu nadir sənət əsəri İspaniyanın milli xəzinələrindən hesab edilir və onun ölkədən kənara çıxarılması ölkə qanunlarına ziddir.

Son xəbərlər

Orphus sistemi