Rəşid Behbudovun yubileyi Moskva və Tiflisdə qeyd olunacaq

Rəşid Behbudovun yubileyi Moskva və Tiflisdə qeyd olunacaq Görkəmli müğənninin 100 illik yubileyi münasibətilə Moskvada keçiriləcək tədbirin vaxtı dəyişdirilib
İncəsənət
17 Dekabr , 2015 13:14
Rəşid Behbudovun yubileyi Moskva və Tiflisdə qeyd olunacaq

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycanın görkəmli müğənnisi, SSRİ xalq artisti Rəşid Behbudovun 100 illik yubileyi münasibətilə Moskvada keçiriləcək tədbirin vaxtı dəyişdirilib. 

Bu barədə "Report"a Rəşid Behbudov Fondunun rəhbəri Kamil Şahverdiyev məlumat verib.

Onun sözlərinə görə, mərasim gələn ilin fevralın 5-də Moskvanın Mərkəzi Kino Evində keçiriləcək.

K.Şahverdiyev qeyd edib ki, tədbir yalnız Rəşid Behbudovun 100 illik yubileyinə deyil, Üzeyir bəy Hacıbəylinin 130 və "Arşın mal alan" operettasının 70 illiyinə həsr ediləcək: "Tədbirdə Rəşid Behbudov anılacaq, "Arşın mal alan" filmi nümayiş etdiriləcək. Moskvadan sonra Dağıstanda və Tiflisdə yubiley tədbirləri keçiriləcək. Rəşid Behbudov əslən Qarabağlı olsa da, Tiflisdə dünyaya gəlib. Bu səbəbdən Tiflisdə Rəşid Behbudovun adının əbəlişdirilməsi nəzərdə tutulub".

Qeyd edək ki, R.Behbudovun 100 illik yubileyi ilə bağlı Moskvada keçiriləcək tədbir əvvəlcə dekabrın 10-a təyin olunmuşdu. 

Son xəbərlər

Orphus sistemi