Rəşid Behbudovun xatirəsi yad ediləcək

Rəşid Behbudovun xatirəsi yad ediləcək İyunun 9-da Mahnı Teatrında konsert proqramı keçiriləcək
İncəsənət
7 İyun , 2016 13:07
Rəşid Behbudovun xatirəsi yad ediləcək

Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Mahnı Teatrında SSRİ və Azərbaycanın xalq artisti Rəşid Behbudovun xatirəsi yad ediləcək.

"Report" xəbər verir ki, teatrın kollektivi iyunun 9-da günorta saatlarında məşhur müğənninin I Fəxri Xiyabandakı məzarını ziyarət edəcək.

Axşam isə Mahnı Teatrında R.Behbudovun xatirəsinə həsr edilən konsert proqramı keçiriləcək.

Konsertdə teatrın estrada simfonik orkestri çıxış edəcək. Orkestrin bədii rəhbəri Salman Qəmbərovdur. Konsertdə xalq artistləri Azər Zeynalov, Gülyanaq Məmmədova və başqaları çıxış edəcəklər.

Qeyd edək ki, R.Behbudov 27 il əvvəl, 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib. 1968-ci ildə R.Behbudovun təşəbbüsü ilə yaradılan Mahnı Teatrında mərhumun xatirə otağı yaradılıb. Xatirə otağında R.Behbudovun şəxsi arxivindən olan fotolar və bəzi eksponatlar nümayiş etdiriləcək. İlin sonunadək Mahnı Teatrının qarşısında böyük müğənninin heykəli ucaldılacaq.

Son xəbərlər

Orphus sistemi