Rəşid Behbudovun 100 illik yubileyi qeyd olunacaq

Rəşid Behbudovun 100 illik yubileyi qeyd olunacaq Mədəniyyət və Turizm Nazirliyi ilin ikinci yarısında bir sıra yubiley gecələri təşkil edəcək
İncəsənət
11 Avqust , 2015 15:50
Rəşid Behbudovun 100 illik yubileyi qeyd olunacaq

Bakı. 11 avqust. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi ilin ikinci yarısında bir sıra tanınmış incəsənət xadimlərinin yubiley gecələrini təşkil edəcək. Bu barədə "Report"a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, noyabr ayında xalq artisti, tanınmış müğənni Gülağa Məmmədovun 90 illiyinə, dekabr ayında xalq artisti, tanınmış bəstəkar Ağadadaş Dadaşovun 80 illiyinə həsr olunan yubiley tədbiri, xalq rəssamı Nadir Əbdürrəhmanovun 90 illiyinə həsr olunan sərgi, xalq artisti, tanınmış bəstəkar Tofiq Bakıxanovun 85 illiyinə həsr olunan festival, SSRİ xalq artisti, görkəmli müğənni Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi