Yuxarı

Rejissor Əliheydər Ələkbərovun 100 illik yubileyi qeyd olunacaq

Yubiley tədbiri fevralın 3-də Akademik Milli Dram Teatrında keçiriləcək

Bakı. 23 yanvar. REPORT.AZ/ Akademik Milli Dram Teatrında mərhum rejissor Əliheydər Ələkbərovun 100 illik yubileyi qeyd olunacaq. 

"Report" xəbər verir ki, yubiley tədbiri fevralın 3-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Mərasimdə Əliheydər Ələkbərovun sənət yolu, çalışdığı teatrların səhnəsində quruluş verdiyi tamaşalardan bəhs ediləcək.

Qeyd edək ki, Əliheydər Ələkbərov 1915-ci il iyulun 26-da anadan olub. Onun yaradıcılığı əsasən Akademik Milli Dram Teatrı ilə bağlıdır. 

Əliheydər Ələkbərov 1975-ci il martın 3-də vəfat edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi