Rəfael Dadaşov Otellonu oynamaq istəyir

Rəfael Dadaşov Otellonu oynamaq istəyir Bu yaşdan sonra hər ucuz rolu ifa etmək mənə yaraşmaz"
İncəsənət
25 Noyabr , 2014 17:14
Rəfael Dadaşov Otellonu oynamaq istəyir
Bakı.25 noyabr. REPORT.AZ/ "Şeksprin "Hamlet" əsərində çıxış etdikdən sonra ürəyim Otellonu oynamaq istəyir". Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Rəfael Dadaşov bildirib.

O, uzun illərdir "Otello"nu oynamaq həsrətində olduğunu deyib: "Mən bu rol üçün hazıram. Amma bu rolu mənə təklif edəcək rejissor yoxdur. Neçə illərdir Akademik Milli Dram Teatrının səhnəsində "Otello" səhnəyə qoyulmur. Hələ də gözləyirlər. Nəyi gözləyirlər, bilmirəm. İllər ötür, yaşımızın üstünə yaş gəlir, səhhətimiz əvvəlki vəziyyətdə deyil. Ona görə də nə qədər vaxt var, oynamaq, yaratmaq istəyirəm".

R.Dadaşov hazırda Akademik Milli Dram Teatrının səhnəsində M.Vişnyakın "Qoca kloun tələb olunur" əsərində rolu olduğunu deyərək, daha çox oynamaq, yaratmaq istədiyini, amma özünə yaraşan rollara imza atmaq arzusunda olduğunu söyləyib: "Mənə uyğun, adıma və sənətimə yaraşan rolları təklif etsinlər, oynayım. Bu yaşdan sonra hər ucuz rolu ifa etmək mənə yaraşmaz".

Son illər mənfi rolları daha çox ifa edən xalq artisti vurğulayıb ki, müsbət rolları oynamaq asandır: "Ancaq mənfi rolları ifa etmək çox çətindir. Məlik Dadaşov da bir zamanlar mənfi rolları çox ifa edirdi. O qədər gözəl yaradırdı ki, mənfi rollara görə onu təhqir etməkdən belə çəkinmirdilər. Mən də onun oğluyam. Mənfi rolları xüsusi həvəslə oynayıram. Çətin rollar ürəyimə daha çox yatır". 

Son xəbərlər

Orphus sistemi