Yuxarı

​Rauf Hacıyevin əsəri Ankarada tamaşaya qoyulub

Əsərin rejissorları Rauf Hacıyevin oğlu Fuad Raufoğlu və gəlini Zəminə Hacıyevadır

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanın tanınmış bəstəkarı Rauf Hacıyevin "Ana mən evlənirəm" operettası Ankara Dövlət Opera və Balet teatrında nümayiş etdirilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, əsərin liberettosunu V.Yesman yazıb, rejissorları Rauf Hacıyevin oğlu Fuad Raufoğlu və gəlini Zəminə Hacıyevadır.

Əsərin premyerası yanvarın 31-də Ankaradakı "Leyla" Gənclər Teatrının səhnəsində olub. Səhnə əsərində Türkiyə sənətçiləri çıxış ediblər. Tamaşa fevralın 2 və 23-də, martın 8 və 28-də yenidən nümayiş etdiriləcək.

Qeyd edək ki, mərhum bəstəkar Rauf Hacıyev  "Ana, mən evlənirəm"i 1967-ci ildə yazıb. Operetta ilk dəfə 1978-ci ildə Bakıda səhnəyə qoyulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi