Yuxarı

Ramiz Əzizbəyli səhhəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Hazırda yaxşıyam

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycanın xalq artisti, aktyor və rejissor Ramiz Əzizbəylinin səhhəti normaldır. 

Xalq artisti "Report"a açıqlamasında deyib ki, özünü yaxşı hiss edir və müalicəsini davam etdirir: "Şükür Allaha yaxşıyam. Bu gün xəbər yayılıb ki, vəziyyətim ağırdır. Amma əvvəlki vaxtlarla müqayisədə indi babatam. Evdə müalicə olunuram. Mənim xəstəliyim elədir ki, uzunmüddətli müalicə almalıyam. Ona görə də, hərdən yaxşı oluram, hərdən pis. Hamı bilsin ki, hazırda yaxşıyam. İnsanlar mənə görə narahat olurlar". 

R.Əzizbəyli onu axtaran, durumu ilə maraqlanan hər kəsə minnətdarlığını bildirib.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi